Britaniya XİN rəhbəri Kiyevdə Zelenski ilə görüşüb

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Kiyevə gedib.


APA xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Böyük Britaniya XİN rəhbəri Kleverli ilə görüşünə dair "Telegram" səhifəsində paylaşımında bildirib.


Tərəflər NATO-nun Vilnüs sammitindən Ukraynanın gözləntiləri də daxil olmaqla müxtəlif məsələləri müzakirə ediblər.


Prezident Zelenskinin görüşə dair paylaşdığı videogörüntüdə o, bildirir ki, son həftələrdə “vacib razılaşmalar” əldə olunub.


"Böyük Britaniyanın Ukraynaya verdiyi güclü dəstəyə görə çox minnətdarıq", - Zelenski görüşdə deyib. Ukrayna Prezidenti bu yaxınlarda ukraynalı pilotlara döyüş təyyarələrindən istifadə etmək üçün təlimlərə başlayacağına görə Böyük Britaniyaya təşəkkür edib.


Görüşdə Böyük Britaniya XİN rəhbəri qışda Kiyevə son səfərindən danışıb. "Amma bu dəfə şəhərdə daha çox həyat olduğunu görürəm", - Kleverli əlavə edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.