Ukraynada Kaxovka SES-in bəndi məhv edilib - ZELENSKİ MTŞM-nin İCLASINI ÇAĞIRDI
FOTO, VİDEO

Ukraynada Kaxovka su elektrik stansiyasının (SESbəndi məhv edilib.

 

Senzor.az bildirir ki, bu barədə videogörüntülər teleqramda yayılıb.

 

Xerson vilayətinin Rusiya Silahlı Qüvvələrinin nəzarət etdiyi hissəsində yerləşən SES-in kim tərəfindən vurulduğu və ya partladıldığı dəqiq bəlli deyil. 

Faktla bağlı Ukraynanın "Cənub" operativ komandanlığı Rusiyanın SES-i partlatdığını açıqlayıb, Novaya Kaxovka şəhərinin qondarma meri Vladimir Leontiyev isə görüntülərə rəğmən məlumatı ümumiyyətlə təkzib edib: "Şəhərdə sakitlikdir".

 

Bu arada Ukrayna Prezidenti Volodimir Zelenski Kaxovka su elektrik stansiyasının bəndinin partladılmasına görə Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) iclasını çağırıb.

 

Qeyd edək ki, Kaxovka su elektrik stansiyası Ukraynanın cənubundakı quraq rayonların enerji təchizatı, suvarma və su təchizatı, həmçinin Xersondan Zaporojyeyə naviqasiya üçün Dnepr axınının illik tənzimlənməsini təmin edirdi. 2022-ci ilin fevralında Şimali Krım kanalı ilə birlikdə işğal olunub.








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.