“Kaxovka su elektrik stansiyasında (SES) baş vermiş hadisə Ukraynadakı münaqişənin qəddarlığını bir daha nümayiş etdirir”.
Bunu NATO-nun Baş katibi Yens Stoltenberq tviter səhifəsində yazıb.
O, su elektrik stansiyasının bəndinin partlamasının nəticələrindən narahatlığını ifadə edib: “Bu gün Kaxovkada bəndin dağıdılması minlərlə dinc sakinin həyatını təhlükə altında qoyur, ətraf mühitə ciddi ziyan vurur”.