Fransada pensiya islahatına qarşı növbəti ümummilli etiraz aksiyası
POLİSLƏ TOQQUŞMA

Fransada pensiya islahatına qarşı növbəti ümummilli etiraz aksiyası keçirilib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Parisdə Montparnasse prospektindəki “La Rotonde” restoranı yaxınlığında nümayişçilərlə polis arasında qarşıdurma olub. 

 

Qeyd edək ki, E.Makron 2017-ci ildə ilk dəfə prezident seçildikdən sonra qələbəsini məhz “La Rotonde” restoranında qeyd etmişdi. Belə bir fikir dolaşır ki, bu restoran elə E.Makrona məxsusdur. Buna görə də nümayişçilər restoranın vitrinini sındırmağa cəhd ediblər. Polis restoranın ətrafını mühasirəyə alaraq qoruyub. Nümayişçiləri dağıtmaq üçün su şırnağından da istifadə edilib.

 

Polis Parisdə səhər saatlarında 2700 yoxlama apardığını və 14 nəfərin dindirildiyini, həmçinin  müvəqqəti saxlanılanların olduğunu bildirib.

 

Nümayişdən əvvəl səhər saat 10-dan elektrik idarəsi Enedis Vanves-Issy-Malakoff və Issy-les-Moulineaux sektorlarında elektrik verilməsini dayandırıb. Nəticədə “Canal+”, “Eurosport”, RFI, “Orange”, “Eutelsat”, “Microsoft”, “Orange”, “La Poste”, “Lq Banque postale”, “Cisco”, “Raboni” kimi bir çox böyük qrupların mənzil qərargahında elektrik olmayıb. Bəzi media üzvləri nümayişə qoşulduğundan xəbər yayımında problemlər yaşanıb.

 

Nümayişə bir çox siyasi partiyaların rəhbərləri və üzvləri də qatılıb. Onlar həmkarlar ittifaqlarına siyasi təşkilatlarla əməkdaşlıq edərək, birlikdə pensiya islahatına qarşı mübarizə aparmağa çağırış ediblər. Paris regionunda təhsil işçiləri tətil edir. Orta və ibtidai məktəblərdə müəllimlər dərsə getməyib. Bir çox şəhərlərdə liseylər blokada edilib.

 

Həmkarlar ittifaqları pensiya islahatına qarşı mübarizələrini davam etdirəcəklərini bəyan ediblər.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.