Ukrayna Silahlı Qüvvələri Baxmut istiqamətindəki müdafiə mövqelərindən hücuma başlayıb.
Bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib.
Malyarın sözlərinə görə, son sutka ərzində Ukrayna ordusu Baxmut istiqamətində müxtəlif mövqelərdə 200 metrdən 1100 metrə qədər irəliləyib.
Rusiya ordusunun bölmələri bu istiqamətdə müdafiəyə keçib və öz mövqelərini qoruyub saxlamaq üçün qüvvələri cəmləşdirib.(APA)