Türkiyənin xarici işlər naziri Hakan Fidan və ukraynalı həmkarı Dmitro Kuleba arasında telefon danışığı olub.
Bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, tərəflər Ukraynadakı aktual vəziyyəti müzakirə ediblər.
Eyni zamanda, ukraynalı nazir Fidana XİN başçısı vəzifəsinə təyinatı münasibətilə təbriklərini çatdırıb.
Bundan əlavə, Kuleba türkiyəli həmkarını Ukraynaya dəvət edib.