Serbiya "Rafale" qırıcıları üçün raket almaq istəyir

Serbiya prezidenti Aleksandar Vuçiç bildirib ki, Belqrad hələ də Fransanın Dassault şirkətindən "Rafale" qırıcılarını almaqda qərarlıdır, lakin digər ölkələrdən təyyarə ilə bağlı silahlar almağı düşünür.


O, bu barədə Reuters agentliyinə müsahibəsində bildirib. Onun sözlərinə görə, Belqrad Fransa tərəfi ilə həm qırıcı təyyarələrin qiymətlərini, həm də digər dövlətlərlə müvafiq silahların qiymətini müzakirə edir. Vuçiç bildirib ki, Fransa ilə danışıqlarda onların qırıcılarında istifadə oluna biləcək raketlərin növü də müzakirə olunur.


O, Parisin “Meteor” hava-hava raketini NATO üzvü olmayan bir ölkəyə satmaq niyyətində olmadığını göstərib. Serbiya rəhbəri əlavə edib ki, "Rafale" təyyarələrinin alınması "Serbiyanı fərqli bir ölkəyə və daha böyük gücə çevirəcək" və maliyyə məsələsi müzakirə olunan sövdələşmənin problemlərindən biridir.


"Reuters"in məlumatına görə, bundan əvvəl o, qırıcıların alınmasını 3 milyard avro dəyərində qiymətləndirib. Fevralda Serbiya lideri Serbiya Silahlı Qüvvələrinin modernləşdirilməsinə, o cümlədən Fransanın “Rafale” qırıcılarının mümkün alışı üçün xərcləri artıracağını açıqlamışdı.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.