Çin Kubada ABŞ haqqında kəşfiyyat məlumatları toplayır - KİV

Çin tərəfi ABŞ haqqında kəşfiyyat məlumatları toplamaq üçün Kubadakı bazasından istifadə edir.


Belə bir iddia ilə “Politico” qəzeti çıxış edib.


Qəzet ABŞ rəsmisinə istinadən iddia edir ki, Çin Kubadakı bazadan ABŞ-ı izləyir.


Amerika rəsmisi bildirib ki, Vaşinqton bu vəziyyətdən narahatdır və buna qarşı tədbirlər görür: “Bu, bizim administrasiyaya miras qalmış problemdir”.


Onun sözlərinə görə, Çin hələ ABŞ-ın hazırkı prezidenti Cozef Bayden hakimiyyətə gəlməmişdən əvvəl bu bazadan məlumat toplamaq üçün istifadə etməyə başlayıb.


“Hazırkı administrasiya 2021-ci ilin yanvarında fəaliyyətə başlayanda, biz Çin tərəfindən xaricdəki logistikanı genişləndirmək, hərbi gücü daha böyük məsafədə layihələndirmək, bazalardan kəşfiyyat məlumat toplama infrastrukturundan istifadə etmək üçün bir sıra gizli addımlar barədə məlumat aldıq.


Bura Çin kəşfiyyatının Kubada olması da daxildir. Əslində, Çin 2019-cu ildə Kubadakı kəşfiyyat məlumatlarının toplanması obyektlərini təkmilləşdirib. Bu, kəşfiyyat hesabatlarında tam şəkildə sənədləşdirilib”.


Amerika rəsmisi bildirib ki, Bayden əvvəllər administrasiya rəsmilərinə məsələni Çin hakimiyyəti ilə müzakirə etməyi tapşırıb:


“Biz bunu bir neçə aydır etdik. Bu, müəyyən nəticələrə gətirib çıxardı. Mütəxəssislərimizin fikrincə, diplomatiya sahəsində səylərimiz ÇXR-i ləngidib”.(“Report”)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.