ABŞ-ın keçmiş Respublikaçı prezidenti Donald Tramp 2024-cü il seçkilərində qalib gələcəyini və Ağ Evin indiki korrupsiyalaşmış rəhbəri Cozef Baydeni iqamətgahından qovacağını bildirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Tramp bu barədə Şimali Karolinada partiya üzvləri ilə görüşü zamanı danışıb.
“5 noyabr 2024-cü ildə biz korrupsioner siyasi isteblişmentə qarşı mövqe nümayiş etdirəcəyik. Joe Biden adlı tamamilə korrupsioner prezidenti Ağ Evdən qovacağıq. Mən heç vaxt təslim olmaram, heç vaxt məğlub olmayacağam. Sizin üçün mübarizəni heç vaxt dayandırmayacağam”, - deyə o qeyd edib.
Yeri gəlmişkən, Tramp bundan əvvəl “Politico” qəzetinə verdiyi müsahibəsində də bildirib ki, məxfi sənədlərin düzgün saxlanmaması ilə bağlı təqsirli bilinsə belə, ölkədə ən yüksək dövlət postu uğrunda mübarizədə iştirakdan imtina etmək niyyətində deyil: “Mən heç vaxt mübarizədən əl çəkməyəcəyəm”.
Nəşr də xüsusi vurğulayıb ki, respublikaçıya qarşı irəli sürülən ittihamlar onun yarışda iştirakını davam etdirməsini mümkünsüz etmir.