Əfqanıstan-Pakistan sərhədində silahlı atışma olub, ölənlər var.
Senzor.az yerli KİV-ə- istinadən bildirir ki, bu barədə Pakistan ordusu məlumat yayıb.
Ölkənin şimal-qərbindəki Xeyber-Paxtunxva əyalətinin Şimali Vəziristan bölgəsinin Miran Şah rayonundakı nəzarət-buraxılış məntəqəsində törədilən terror aktından sonra Pakistan ordusu hücuma görə məsuliyyət daşıyanların tapılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirib.
Tədbirlər çərçivəsində silahlılara məxsus sursat anbarı aşkar olunub.
Atışma zamanı 3 pakistanlı hərbçi həlak olub, həmçinin silahlılardan 3-ü məhv edilib.