Yaponiyanın şimalındakı Hokkaydo adasında 6,2 bal gücündə zəlzələ qeydə alınıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Meteorologiya Agentliyi açıqlama yayıb.
Yerli vaxtla saat 18:55-də (Bakı vaxtı ilə 13:55) qeydə alınan zəlzələnin ocağı yerin 140 kilometr dərinliyində olub.
Hələlik dağıntılar və xəsarət alanlar barədə məlumat verilməsə də, təkanlar Yaponiyanın şimal hissəsindəki bir çox yaşayış məntəqəsində hiss olunub.
Meteorologiya Agentliyi sunami təhlükəsinin olmadığını bəyan edib.