Türkiyə paytaxtında yağan leysan yağışı daşqınlara səbəb olub, metronun “Sıhhiye” stansiyasını su basıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, sərnişinlər təxliyə edilib.
“TRT Haber”in məlumatına görə, küçə və məhəllələr göllərə çevrilib, avtomobillər su altında qalıb. Eyni zamanda, günorta saatlarından şəhərdə yağan yağış daha da intensivləşib.
Zərərçəkənlər barədə məlumat verilmir.
Daha əvvəl Türkiyə Meteorologiya İdarəsi 20 vilayətdə sarı təhlükə səviyyəsi elan edib.
Afyonkarahisar, Amasya, Ankara, Antalya, Burdur, Kankırı, Korum, İsparta, Kastamonu, Kayseri, Kırşehir, Konya, Nevşehir, Niqde, Sivas, Tokat, Yozgat, Aksaray, Karaman və digər vilayətlərdə sarı təhlükə səviyyəsi elan edilib.