İran Prezidenti Seyid İbrahim Rəisi Latın Amerikası ölkələrinə səfərə yollanıb.
“İRNA“ agentliyinin məlumatına görə, Rəisinin rəhbərlik etdiyi nümayəndə heyəti Latın Amerikası turu çərçivəsində bu gün Venesuelaya gedib.
İran lideri Venesuela ilə yanaşı, Nikaraqua və Kubaya da səfər etməyi planlaşdırır.
İranla bu ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlərin imzalanacağı gözlənilir.
Nümayəndə heyətinə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Prezident Administrasiyasının rəhbəri Cavad Ouci, İran Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin rəhbəri Məhəmmədrza Gərayi Aştiani və digər rəsmi şəxslər daxildirlər.
Qeyd olunub ki, bu səfər İran Prezidentinin son 21 ayda 13-cü xarici səfəridir.