Stomatoloqlar bazar ertəsi ABŞ Prezidenti Co Bayden üzərində iltihablı pulpanı - diş boşluğunu dolduran birləşdirici toxumanı çıxarmaq üçün əməliyyat keçiriblər.
TASS bildirir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Dövlət başçısının müalicə həkimi Kevin O'Konnorun sözlərinə görə, ABŞ lideri iyunun 11-də diş ağrısından şikayət edib. Mütəxəssislər Ağ Evdə müayinə keçirib və xəstə dişin depulpasiyası zərurətinə qərar veriblər. Əməliyyat iyunun 12-də baş tutub.
“Prezident proseduru yaxşı keçirib. Heç bir fəsad olmayıb”, - həkim vurğulayıb.
**21:48
ABŞ Prezidenti Cozef Bayden iltihablı pulpanın çıxarılması üçün diş əməliyyatı keçirəcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Qeyd olunub ki, Bayden iyunun 11-də diş ağrısından şikayət edib. Mütəxəssislər onu müayinə edib əməliyyata qərar veriblər: “Bu səhər o, bir az gözlənilən narahatlıq yaşayır”.
Məlumatda o da vurğulanıb ki, tibbi müdaxilə səbəbindən ABŞ lideri iyunun 12-nə planlaşdırılan ictimai tədbirlərdə iştirak edə bilməyəcək. Ağ Ev Baydenin yerinə vitse-prezident Kamala Harrisin iştirak edəcəyini bildirib.
Bu arada ABŞ Prezidenti Co Baydenin NATO Baş katibi Yens Stoltenberqlə bu günə planlaşdırılan görüşü də təxirə salınıb. Ağ Evdən bildiriblər ki, görüş iyunun 13-də baş tutacaq.