İran Latın Amerikası ilə əlaqələri genişləndirir

ABŞ-la qarşıdurma kontekstində Tehran Vaşiqntonun siyasətinə əks mövqedə dayanan Amerika ölkələri ilə münasibətlərini genişləndirməyə çalışır. Bu mənada İran hökuməti bəzi Latın Amerikası ölkələri ilə münasibətlərə xüsusi önəm verir.


İran televiziyasında yayımlanan xəbərlər və repiortajlar bildirir ki, İran prezidenti İbrahim Rəisi Latın Amerikasına 5 günlük səfərinə Venesueladan başlayıb. Bu ölkənin xarici işlər naziri tərəfindən qarşılanan İbrahim Rəisi Karakasdakı prezident sarayında Venesuela prezidenti Nikolas Maduro ilə görüşüb. Bundan sonra iki ölkənin nümayəndə heyətlərinin görüşü və danışıqları keçirilib.


İran-Venesuela razılaşmalarının təfərrüatları hələ dərc olunmasa da, İranın dövlət xəbər agentliyi keçən həftə İbrahim Rəisinin bu səfər zamanı ikitərəfli əməkdaşlığı genişləndirmək üçün sənədlər imzalayacağını açıqlayıb.


ABŞ-ın sanksiyaları altında olan İranla Venesuela ötən il Tehranda neft, müdafiə və digər sahələrdə əməkdaşlıq barədə 20 illik proqram imzalayıblar. Bu əməkdaşlıqların bir hissəsi İranın Venesuela neftayırma zavodlarının saxlanmasında iştirakıdır. İran həmçinin Venesuelanın ən böyük neft emalı zavodunun yenidən qurulmasında iştirak etmək niyyətindədir. Venesuela xarici və yerli investorları bu ölkəyə sərmayə yatırmaqdan çəkindirən ABŞ-nin sanksiyalarının qarşılığında neftayırma zavodlarının təmiri və modernləşdirilməsi üçün Qərbi Asiyadakı yaxın dostu İrana müraciət edib.


Prezident İbrahim Rəisinin başçılığı altında İranın Latın Amerikasına gələn siyasi və iqtisadi nümayəndə heyəti Venesueladan sonra Nikaraquaya və Kubaya səfər edəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.