Ukraynanın Baş naziri Denis Şmıqal ölkənin bərpası üzrə nazirlik və dövlət agentliyinin yaradıldığını açıqlayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə o, özünün teleqram kanalında məlumat verib.
“Artıq Baş nazirin bərpa işləri üzrə müavini postu, müvafiq nazirlik və dövlət agentliyi yaradılıb. Bərpa arxitekturasının yaradılması üzərində işi davam etdiririk”, - paylaşımda deyilir.
Qeyd olunub ki, hazırda Ukraynanın bərpası ilə Reinteqrasiya Nazirliyi məşğul olur.