ABŞ-ın keçmiş prezidenti Donald Tramp məxfi sənədlərlə düzgün işləmədiyinə görə ittiham olunmazdan əvvəl formal olaraq həbs edilib.
Bu barədə TASS məlumat yayıb.
O, Mayamidə Floridanın Cənub Dairəsi üzrə məhkəməyə ifadə verib. Amerikanın keçmiş lideri məhkəmə binasına daxil olduqdan sonra formal olaraq həbs olunub. Trampın barmaq izinin alındığı, lakin şəklinin çəkilmədiyi bildirilir.
Hakim Trampın hüquqlarını elan edib, bundan sonra eks-prezidentin vəkilləri ittiham aktı ilə tanış olmalı olublar.
Trampın bütün ittihamlar üzrə özünü təqsirli bilmədiyi vurğulanıb.
Bundan sonra o, girov ödəmədən azadlığa buraxılıb.