Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda Rusiya Baş nazirinin müavini Aleksey Overçuk ilə regionda nəqliyyat və iqtisadi kommunikasiyaların açılması və dəmir yolu əlaqəsinin bərpasını müzakirə edib.
"Sputnik Armenia" xəbər verir ki, görüşdə Ermənistan-Rusiya münasibətlərinin gündəmi də müzakirə olunub.
Paşinyanla görüşdən əvvəl Overçuk erməni həmkarı Mqer Qriqoryanla da danışıqlar aparıb.(APA)