Gürcüstanda parlament Prezidentin səlahiyyətlərini məhdudlaşdırdı

Gürcüstan parlamenti “Seçki Məcəlləsi”nə və “Milli Bank haqqında” qanuna dəyişikliklərlə bağlı yeni qanun layihələrini qəbul edib.

 

Müzakirələr zamanı “Milli Bank haqqında” qanun layihəsi ilə bağlı Prezident Salome Zurabişvilinin veto qoyduğu bildirilib. Lakin hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının deputatları bununla razılaşmayıb və qanuna dəyişiklikləri yenidən müzakirəyə çıxarıblar. Hakim partiyanın deputatları tərəfindən hazırlanmış qanun layihəsinə əsasən, Milli Bankın İdarə Heyətinə yeni icraedici vəzifə - birinci vitse-prezident vəzifəsi artırılır. Milli Bankın prezidenti olmadığı təqdirdə, onun səlahiyyətlərini birinci vitse-prezident həyata keçirəcək.

 

Parlament, həmçinin “Seçki Məcəlləsi” və reqlamentlə bağlı qanunlara təklif olunan dəyişiklikləri dəstəkləyib.

 

Yeni qanun layihəsində Mərkəzi Seçki Komissiyasının (MSK) sədri və üzvlərinin seçilməsi ilə bağlı kvorumun dəyişdirilməsi nəzərdə tutulur. Belə ki, MSK sədri və üzvlərinin seçilməsi parlamentin tam tərkibinin səs çoxluğu ilə (76 səslə) baş tutacaq. Həmçinin MSK sədri və MSK-nın professional üzvlərinin seçilməsi ilə bağlı müsabiqə prezident tərəfindən deyil, parlamentin sədri tərəfindən elan ediləcək və bunun üçün müsabiqə komissiyası yaradılacaq.

 

AZƏRTAC xatırladır ki, hazırda qüvvədə olan qanun layihəsində MSK sədri və üzvlərinin seçilməsi ilə bağlı 2/3 səs çoxluğu nəzərdə tutulub. Kvorum baş tutmadıqda isə sədr və üzvlər parlamentin tam tərkibinin səs çoxluğu ilə seçilir.

 

Hər iki qanun layihəsi səsvermə zamanı qəbul olunub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.