"Danışıqlar çox məhsuldar keçdi. Bunu ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin daha da möhkəmləndirilməsinə yönəlmiş möhkəm imzalanmış sənədlər paketi sübut edir".
APA xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Əlcəzair Prezidenti Əbdülməcid Tebbun ilə danışıqlarından sonra mətbuata açıqlamasında bildirib.
Onun sözlərinə görə, Rusiya və Əlcəzair arasında dərin strateji tərəfdaşlıq haqqında imzalanmış Bəyannamə uzunmüddətli əməkdaşlıq üçün aydın istiqamətləri müəyyən edən ən mühüm ikitərəfli sənəddir: "Uzun illərdir ki, Əlcəzair ardıcıl olaraq Afrika qitəsində Rusiyanın aparıcı ticarət tərəfdaşları sırasındadır. Təkcə bu ilin birinci rübündə ticarət dövriyyəsinin artımı 73 faizdən çox olub. Ölkələrimiz arasında milli valyutalarda hesablaşmalar praktikasının genişləndirilməsi istiqamətində birgə iş aparılır ki, bu da əks ticarəti üçüncü ölkələrin təsirindən və dünya valyuta bazarlarındakı neqativ vəziyyətdən qorunmağa imkan verəcək".
Putin Rusiya və Əlcəzairin enerji sektorunda əməkdaşlığı uğurla inkişaf etdirdiyini söyləyib.
"Rusiyanın "Qazprom", "Transneft", "Stroytransgaz", "Silavıe maşinı" və başqaları kimi iri enerji şirkətləri uzun müddətdir Əlcəzair bazarında fəaliyyət göstərir. Biz dünya enerji bazarlarında, o cümlədən OPEC+ formatında, eləcə də Qaz İxrac Edən Ölkələrin Forumu çərçivəsində vəziyyətin sabitləşdirilməsi üçün əlcəzairli həmkarlarımızla birgə işə böyük əhəmiyyət veririk. Əlcəzairdə milli nüvə enerjisinin inkişafına maraq göstərirlər. Rosatom Dövlət Korporasiyası birgə layihələrdə, o cümlədən nüvə texnologiyalarından qeyri-enerji istifadəsi ilə bağlı layihələrdə iştirak etməyə hazırdır", - deyə Rusiya prezidenti vurğulayıb.