Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb.
APA xəbər verir ki, danışıqlar başlamazdan əvvəl dövlət başçıları Forumun ərazisində görüşüb, BƏƏ-nin stendlərinə baş çəkiblər.
Qeyd edək ki, BƏƏ Peterburq iqtisadi forumunun əsas qonağıdır.
Putin BƏƏ prezidenti ilə sonuncu dəfə 2022-ci ilin payızında da Sankt-Peterburqda görüşüblər.