Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinin binasındadır.
Bu barədə Ermənistan KİV məlumat yayıb.
Ermənistan XİN xəbəri təsdiqləyib. Lakin səfirin nazirliyə çağırılmasının səbəbi açıqlanmayıb.
Qeyri-rəsmi məlumatlara görə, Rusiya səfirinin Ermənistan XİN-ə çağırılması Laçın yolunda baş verən son hadisələrlə bağlıdır. Rusiyalı diplomata nota verildiyi iddia edilir.
Ermənistan XİN-in nümayəndəsi səfirlə görüş barədə daha sonra məlumat yayacaqlarını vəd edib.(“Report”)