ABŞ-ın dövlət borcu ilk dəfə 32 trilyon dolları ötüb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
"Ümumi ödənilməmiş dövlət borcu 32 trilyon 39 milyard 244 milyon dollardır", - məlumatda deyilir.
Bu, ABŞ-ın dövlət borcu üçün rekord göstəricidir.
Hələ yanvar ayında ABŞ hökumətinin 31,4 trilyon dollar səviyyəsində müəyyən edilmiş borc tavanı aşılıb. Bundan sonra ölkənin Maliyyə Nazirliyi maliyyə əməliyyatlarını davam etdirmək üçün təcili tədbirlər görməyə məcbur olub. ABŞ administrasiyası son aylarda Konqresi borc limitini artırmağa çağırır. Nümayəndələr Palatasına nəzarət edən respublikaçılar dövlət borcunun tavan hissəsini artırmağa razılaşsalar da, büdcə xərclərini əhəmiyyətli dərəcədə azaldıblar.
İyunun 3-də ABŞ Prezidenti Co Bayden milli borc tavanının artırılması ilə bağlı Konqres tərəfindən təsdiqlənən qanun layihəsini imzalayıb.
Müqayisə üçün qeyd edək ki, ötən il dövlət borcunun məbləğinə görə ikinci yeri 9,59 trilyon dollarla Yaponiya, üçüncü yeri isə 3,75 trilyon dollarla Çin tutub.
Yeri gəlmişkən, “The Economist” ABŞ hökumətinin borcunu qlobal iqtisadiyyat üçün təhlükə adlandırıb. Məqalədə qeyd edilir ki, defolt dünyanın ən mühüm maliyyə sisteminə inamı sarsıdacaq, büdcənin ciddi şəkildə kəsilməsi isə dərin resessiyaya səbəb olacaq.