Tanınmamış Kosovonun ərazisində fəaliyyət göstərən Aİ-nin Qanunun Aliliyi Missiyasının (EULEX) fəaliyyəti biabırçılıqdır, öhdəliklərini yerinə yetirmir və yalanlar yayır.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu bazar günü Serbiya Prezidenti Aleksandr Vuçiç xalqa müraciətində deyib.
Vuçiç missiyadan sitat gətirib: “Biz sizə zəmanət veririk ki, vəziyyətə nəzarət edirik”.
“Ayıb olsun, yalançılar! Siz heç nəyə əməl etmirsiniz, siz yalançılarsınız! Yeganə məqsədiniz serblərin bölgədən qovulmasıdır”, - Serbiya Prezidenti vurğulayıb.