Qətər və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) diplomatik münasibətləri bərpa etmək barədə razılığa gəliblər.
Bu barədə Qətər Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, hər iki ölkənin səfirlikləri və konsulluqları bu gündən etibarən fəaliyyətə başlayacaq.
Nazirliyin bəyanatında deyildiyi kimi, tərəflər təsdiq edirlər ki, bu addımın atılması hər iki ölkə rəhbərliyinin iradəsinin təcəssümüdür və iki qardaş xalqın istəklərini həyata keçirmək üçün birgə fəaliyyəti gücləndirməyə yönəlib.
Xatırladaq ki, 2017-ci ilin iyun ayında Bəhreyn, Misir, Yəmən, Liviya, BƏƏ və Səudiyyə Ərəbistanı Qətərlə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər. Bu qərarın verilməsinə əsas səbəb kimi Qətərin regionda sabitliyi pozmağa yönələn siyasəti və əmirliyin ekstremist ideologiyaya, eləcə də regionda fəaliyyət göstərən ekstremist qruplara dəstək verməsi göstərilib.