İsraildə bütün evlərin üstünü xüsusi panellə örtəcəklər

İsrail hökuməti ölkədə enerji istehlakının sürətlə artması fonunda qeyri-yaşayış və yaşayış binalarının damlarında kütləvi şəkildə Günəş panelləri quraşdırmaq niyyətindədir.

 

“Reuters” bildirir ki, bu barədə respublikanın təsdiq edilmiş dövlət büdcəsi layihəsindən məlum olub.

 

Müvafiq tələb ilin sonunadək qüvvəyə minməlidir.

 

İlk növbədə qeyri-yaşayış daşınmaz əmlak obyektlərinin dam örtükləri Günəş panelləri ilə təchiz olunacaq, yaşayış sektorunda isə yerdə enerji istehlakı artdıqca Günəş panellərinin quraşdırılması üçün dam örtüyünün hazırlanması prosesinə başlanacaq.

 

Beləliklə, ölkədə Günəş enerjisinin təxminən 60%-i binalara yerləşdirilən panellərdən əldə ediləcək.

 

İsrailin coğrafi və iqlim xüsusiyyətləri elektrik enerjisinin istehsalı üçün külək dəyirmanlarından və su elektrik stansiyalarından aktiv istifadəyə imkan vermədiyi üçün respublikanın hakimiyyət orqanları Günəş enerjisinin inkişafına diqqət yetirir.

 

İsrail artıq istilik və enerji istehsalı sahəsində mərkəzləşdirilməmiş proqramların həyata keçirilməsində uğurlu təcrübəyə malikdir. Bir neçə onilliklər əvvəl respublikanın hakimiyyət orqanları yaşayış binalarının suyun qızdırılması üçün Günəş istiliyindən istifadə edən boylerlərlə təchiz edilməsini tələb edib. Bu gün ölkədə bu yolla elektrik enerjisinin təxminən 8%-nə qənaət edilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.