"Rusiya Ukraynada dağıntılar törətməyə davam etdikcə, biz Ukraynanı, Ukraynadakı həyatı, bu ölkəni yenidən bərpa etmək üçün buradayıq.
Bunu Londonda keçirilən Ukraynanın bərpası üzrə konfransda çıxış edən ABŞ dövlət katibi Entoni Blinken deyib.
O, çıxışında ABŞ-ın Ukrayna üçün əlavə yardım paketini elan edib.
O bildirib ki, ABŞ Konqresi Ukrayna üçün əlavcə 1,3 milyard ABŞ dollar yardım paketini təsdiqləyib. ABŞ-ın Ukraynanın enerji sektoruna yardımı çərçivəsində 520 milyon dollar ayıracağı da qeyd olunub.
"Rusiya Ukraynada dağıntılara səbəb olur və bu ölkə əvvəl-axır Ukraynanın yenidən inşasının xərclərini üstlənməli olacaq", - Blinken əlavə edib.