Fransanın paytaxtı Parisin 5-ci rayonunda Sen-Jak küçəsindəki evdə baş verən partlayış nəticəsində yaralananların sayı 37 nəfərə çatıb.
TASS bildirir ki, bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen brifinqdə məlumat verib.
Onun sözlərinə görə, yaralılardan 4-nün vəziyyəti pisləşib.
Hazırda xilasedicilər dağıntılar altında qalan iki nəfərin axtarışı ilə məşğuldur.
Paris prokurorluğu bəyan edib ki, insidentin səbəbi təhlükəsizlik qaydalarının pozulmasıdır.
**23:57(21.06.2023)
Fransanın paytaxtı Parisin beşinci rayonunda, Sen-Jak küçəsində partlayış baş verib, ilkin məlumatlara görə, 16 nəfər xəsarət alıb.
Bu barədə “Reuters” məlumat yayıb.
Yerli polis bildirib ki, partlayışdan sonra binalardan birinin fasadı uçub, yanğın başlayıb.
"Le Monde" yazıb ki, xəsarət alanlardan 7-sinin vəziyyəti ağırdır.
BMF-nin məlumatına görə, partlayış "Paris Amerika Akademiyası"nın binasında qeydə alınıb. Şəhər merinin müavini Eduard Sivel bildirib ki, yanğına səbəb qaz partlayışı olub.
Fransanın daxili işlər naziri Jerald Darmanin partlayışın səbəbinin müəyyən edilmədiyini bildirib.