İranda insan haqlarının vəziyyəti etirazlar başlayandan bəri ciddi şəkildə pisləşib - BMT

BMT-nin İranda insan haqlarının vəziyyəti ilə bağlı son hesabatı rekord sayda edam, minlərlə uşağın həbsi və təhlükəsizlik qüvvələri tərəfindən işgəncə və pis rəftarla bağlı vəziyyətin acınacaqlı olduğunu göstərir.


BMT-nin İnsan Haqları üzrə Ali Komissarının müavini Neda Əl-Nəşif İnsan Haqları Şurasına təqdim etdiyi hesabatda bildirib ki, İranda ötən il etirazlar başlayandan bəri ölkədə insan haqlarının pozulması kəskin şəkildə artıb.


Məhbuslara edilən işgəncələrdə, edamların sayında ciddi artım müşahidə edilib. Hesabatda etirazlarda ölənlər arasında 44 uşağın olduğuna diqqət çəkilib. Ən çox etirazçının Sistan və Bəlucistanda öldürüldüyü, onlardan 10-nun uşaq olduğu bildirilib.


Etirazlar zamanı 20 minə yaxın insanın həbs edildiyi qeyd olunub. Hesabatda həmçinin təhlükəsizlik qüvvələrinin məcburi etiraflar əldə etmək məqsədi ilə saxlanılanlara işgəncə və pis rəftar, o cümlədən qadınlara qarşı cinsi zorakılıq hərəkətləri ilə bağlı bir sıra ittihamlar irəli sürülüb.


İranda edamların əhəmiyyətli dərəcədə artması ilə bağlı ciddi narahatlıq ifadə edilib. Bildirilib ki, 2022-ci ildə İranda 582 nəfər edam edilib ki, bu da əvvəlki illə müqayisədə 75% çoxdur.


Qız məktəblərinə edilən kimyəvi hücumlarla bağlı hesabatda qeyd olunub ki, martın 2-dən bəri 20 vilayətdə 91 məktəbdə şübhəli zəhərlənmə nəticəsində əksəriyyəti qız olan mindən çox şagird zəhərlənib.


İran rəsmiləri zəhərlənmələrlə bağlı ziddiyyətli açıqlamalar verib. İranın Cenevrədəki səfiri və BMT-dəki daimi nümayəndəsi Əli Bəhreyni hesabatı rədd edərək tamamilə qeyri-dəqiq adlandırıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.