BƏƏ və İran hava nəqliyyatında əməkdaşlıq sazişi imzalayıb

Birləşmiş Ərəb Əmirlikləri və İran arasında hava nəqliyyatı sahəsində əməkdaşlıq sazişi imzalanıb.


Bu barədə “Emirates News Agency” (WAM) agentliyi məlumat yayıb.


Agentliyin məlumatına görə, imzalanan sənəd ölkələrin milli aviadaşıyıcılarına imkan verəcək ki, göstərilən xidmətlərin siyahısını genişləndirsinlər.


İmzalanma mərasimi İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın BƏƏ-yə səfəri çərçivəsində Dubayda baş tutub.


Sənədi BƏƏ-nin Mülki Aviasiya Baş İdarəsinin rəhbəri Saif Məhəmməd əl-Suveydi və İranın Mülki Aviasiya Təşkilatının rəhbəri Məhəmməd Məhəmmədi-Baxş imzalayıblar.


BƏƏ tərəfi qeyd edib ki, bu saziş iki ölkənin nəqliyyat şirkətlərinin maraqlarına uyğun olaraq uçuşların təşkili və aviasiya xidmətlərinin siyahısının genişləndirilməsi istiqamətində mühüm addımdır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.