ABŞ Prezidenti Co Bayden Hindistanın Baş naziri Narendra Modi ilə görüşündə himnləri səhv salıb. Belə ki, Bayden Hindistan himni oxunarkən səhvən əlini ürəyinin üstünə qoyub.
Bu barədə "The New York Post" yazıb.
“Hindistan himni Janaqamananın ilk notları səslənəndə Bayden sağ əlini sol sinəsinə qaldırdı və təxminən 15 saniyə orada saxladı. Sonra o, yavaş-yavaş onu aşağı saldı, görünür, qrupun "Ulduzlarla dalğalanan bayrağı" ifa etmədiyini anladı.".
Daha sonra Bayden Hindistanın Baş nazirini “Prezident” adlandırıb və “Mən indicə Sizi vəzifəcə aşağı saldım”, - deyə vəziyyətdən çıxmağa çalışıb.
Hadisə Modinin qarşılanma mərasimi zamanı Ağ Evə gəlişi zamanı baş verib.