İsrailin Baş naziri Benyamin Netanyahu iyulda Ankaraya səfər edəcək.
Bildirilib ki, Netanyahu Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Liderlər ikitərəfli əlaqələri yaxşılaşdırmaq istiqamətində bəzi addımlar atacaqlar.
Bundan başqa, tərəflərin Rusiya ilə Ukrayna arasındakı müharibənin qlobal nəticələrini müzakirə edəcəkləri gözlənilir. Dövlətlər arasında təbii qazla bağlı bəzi razılaşmaların əldə olunacağı iddia edilir.