Gürcüstan Prezidenti Salome Zurabişvili Rusiyada baş verən hadisələrlə əlaqədar ölkənin sərhədlərinə nəzarəti gücləndirməyə çağırıb.
Xarici KİV xəbər verir ki, Salome Zurabişvili bu barədə Tvitter paylaşımında bildirib. O, Rusiyada baş verən hadisələrin yaxından monitorinq edildiyini qeyd edib.
"Mümkün yeni miqrasiya dalğaları səbəbilə bizim sərhədlərimizə ciddi nəzarət edilməlidir",- Zurabişvili əlavə edib.