Niderlandın Moskvadakı səfirliyi vətəndaşlarını silahlı qiyamdan sonra Rusiya ərazisini tərk etməyə və bu ölkəyə səfər etməməyə çağırıb.
Bu barədə diplomatik nümayəndəliyin məlumatında deyilir.
Qeyd edilir ki, hazırda Niderland vətəndaşları Rusiyanı hava və ya quru yolu ilə tərk edə bilər: “Lakin bununla bağlı vəziyyət tezliklə dəyişə bilər. Nəticədə Niderland hökuməti Rusiyanı tərk etməyinizə kömək edə bilməyəcək”.