Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Baş katibi Yens Stoltenberq ilə iyunun 24-də Rusiyada baş verən hadisələri və İsveçin Alyansa üzv olması imkanlarını müzakirə edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, Rusiyadakı gərginliyin sona çatması Ukraynada geridönməz humanitar fəlakətin qarşısını alıb.
Prezident Ərdoğan ümid etdiyini bildirib ki, Rusiyada baş verən son hadisələr Ukraynada ədalətli sülhə gedən yolda yeni mərhələ olacaq.