“ƏVVƏLCƏ 30 DƏQİQƏ SÖYÜŞLƏ DANIŞDIQ” – Lukaşenko Priqojinlə söhbətinin bəzi detallarını açıqladı

 

Priqojinlə danışıqların birinci mərhələsində general Yunus-Bek Yevkurov və FTX-nın direktoru Bortnikovdan başqa heç kim iştirak etməyib.

 

Axar.az bildirir ki, bunu Belarus lideri Aleksandr Lukaşenko “Vaqner” rəhbəri Yevgeni Priqojinlə 24 iyunda apardığı danışıqların detallarını açıqlayarkən deyib.

 

O bildirib ki, danışıqların təşkilində mühüm rol general Yunus-Bek Yevkurova məxsusdur: “Saat 11.00-da o (Priqojin - red.) dərhal telefonu açdı. Daha doğrusu, Yevkurov açdı və  telefonu ona verdi: “Belarus Prezidenti zəng edir, danışarsan?”. “Aleksandr Qriqoryeviçlə danışaram” – dedi. Onların bu söhbətini eşitdim. Telefonu götürdü. Yevgeni tam bir eyforiya içindəydi. İlk raundda 30 dəqiqə söyüşlə danışdıq. Normal lüğətdən 10 dəfə çox söyüş (sonradan təhlil etdim) var idi. Təbii ki, o, əvvəlcə üzr istədi, sonra söyüşlə dolu sözlərlə vəziyyəti danışmağa başladı”.

 

Aleksandr Lukaşenka qeyd edib ki, “niyə bu danışıqlara başlamalıyam” deyə düşünüb: “Onlar cəbhədən yenicə gəliblər, minlərlə dost itiriblər, öz yoldaşlarının ölümünü görüblər. Onlar çox inciyiblər, xüsusən də komandirlər. Və bütün bunlar Priqojinin özünə çox təsir etmişdi - mən bunu əvvəlcədən hesablamışdım. Bəli, o, belədir, bilirsiniz, qəhrəman oğlandır, amma hücum dəstələrinə rəhbərlik edənlər və bu ölümləri görənlər ona təzyiq və təsir göstərirdilər. Və belə bir vəziyyətdə, belə yarıdəli vəziyyətdə onunla bu dialoqu aparırdım”.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.