Fransa od içində: MİNİ-DİKTATORUN TAXTI YANIR
ELÇİN ALIOĞLU YAZIR

Fransa alovlar içindədir: 17 yaşlı müsəlman ərəb gəncin güllələnməsindən sonra ölkənin müxtəlif şəhərlərində kütləvi etiraz aksiyaları keçirilib. Prezident Emmanuel Makronu qəddarlıqda və diktatorluqda suçlayan fransalılar bu gün də küçələrə çıxacaqlar.

 

Parisin qərb həndəvəri, Nanter şəhərciyi. Məhz bu şəhərdə 17 yaşlı, əlcəzairli mühacirlərin ailəsində doğulmuş Nael Mohammədi polislər güllələyiblər.

 

Fransa prezidenti Emmanuel Makron baş vermiş faciədən "şoka düşdüyünü" bəyan etsə də, DİN rəhbərliyinə "daha genişmiqyaslı etiraz aksiyalarına və xaos yaratmaq cəhdləri ilə iğtişaşlara hazır olmağı, qanunsuzluqların qarşısını ən sərt şəkildə və qətiyyətlə almağı" tapşırıb.

 

Nael Mohammədin amansızlıqla qətlə yetirilməsi fransalıların səbr kasasını daşdırıb, Makrona olan nifrəti maksimuma çatdırıb. Çünki son ilyarım ərzində artıq 15-ci vətəndaş polislər tərəfindən qətlə yetirilib.

 

Vətəndaşları xüsusilə sinirləndirən məqam polis yol patrullarının maşınları saxlayarkən sürücülərlə kobud və tərbiyəsiz davranışlarıdır.

 

Bu günə olan rəsmi açıqlamalara görə, 17 yaşlı N.Mohamməd sükanı arxasında olduğu “Marcedes” avtomobilini Nanter küçələrindən birində patrul polislərinin saxlama əmrinə rəğmən, tam dayanlırmayıb. Daha sonra polislər onu təqib edərək saxlayıblar və bir neçə yol-hərəkət qaydasını pozmaqda ittiham ediblər. 

Fransa Daxili İşlər Nazirliyinin yaydığı rəsmi bəyanata görə, Nael "polisləri yaralamaq, onlara xəsarət yetirmək üçün avtomobili polislərin üzərinə sürmək istəyib". Lakin hadisənin videokadrlarında aşkar görünür ki, iki polis əməkdaşı maşını saxlayıblar və bu zaman polislərdən biri tapançasını çıxararaq Naeli nişan alıb, sonra atəş açıb.

 

"Yeniyetmə həlak oldu. Bu hadisə bağışlanılmaz və anlaşılmazdır. Bu hadisə bütün milləti narahat edib", - Emmanuel Makron bəyan edib.

 

Faciədən bir neçə saat sonra Nanterdə genişmiqyaslı etiraz aksiyalrı başlayıb. Polislər aksiya iştirakçılarına qarşı göyaşardıcı qazdan və qaz qumbaralarından istifadə ediblər.

 

Daha sonra Anyer, Klermon-Ferran, Lilli, Amyen, Sent-Etyen, Dijon, Strasburq, Lion, Jevil, Vilnöv, Aryer sür Sen, Kolomb, Süren, Obervil, Klişi su Bua və Mant la Joli şəhərlərində aksiyalar başlanıb.

 

Küçələrə çıxanlar Naelin qətlində suçlu olanların cəzalandırılmasını, Daxili İşlər Nazirliyində və ümumiyyətlə, hüquq-müzafizə orqanlarında ciddi islahatların aparılmasını tələb ediblər.

 

Bu günədək 150 nəfər saxlanılıb, 40 polis əməkdaşı xəsarət alıb, 53 avtomobil yandırılıb.

 

Aksiya iştirakçıları arasında ən populyar şüar isə belədir: "Bəlkə həqiqəti öyrənmək üçün televizorları söndürək?!" Şüar Fransadakı dövlət və özəl telekanallarda N.Mohammədin qətli ilə bağlı informasiyaların yalan olduğunu, Emmanuel Makronun hakimiyyətin dezinformasiyalar yaymaq və propaqanda ilə məşğul olmaq məziyyətlərini göstərir.

 

Fransada yaşananlar sadəcə, vətəndaşların polis özbaşınalığına qarşı etirazı deyil.

 

Proseslər cəmiyyətin Emmanuel Makron hakimiyyətindən, bu "Enfant terrible"dən, siyasətin və hakimiyyətin "yaramaz uşağı"ndan usandığını göstərir.

 

Pensiya islahatları ilə bağlı Fransada milyonlarla insanın iştirak etdiyi nəhəng etiraz aksiyaları səngiməmiş vətənadaşlar yenə küçələrə çıxaraq bu dəfə fərqli tələblər səsləndiriblər.

 

Əslində, yeni tələblər əvvəlki istəklərin formaca müxtəlif, mahiyyət etibarilə isə eyni modelidir.

 

Fransalılar Emmanuel Makrondan, onun yarıtmaz daxili siyasətindən, volyuntarist qərarlarından, bisavad göstərişlərindən və bacarıqsız xarici siyasətindən beziblər. 

 

Makron prezident postundan kənar tutulmalı diletant olduğunu növbəti dəfə sübut etdi.

 

Problem həm də ondadır ki, Şarl De Qollun 65 il əvvəl kəşf etdiyi kvazimonarxik hakimiyyət sisteminin elitasına son onilliklərdə formalaşan nifrət artıq pik həddə çatıb.

 

Emmanuel Makronun bərbad idarəetməsi xalqın qəzəbini həddən ziyadə artırıb. 2018-2019-cu illərdə "sarı jiletlilər"in üsyanı xalqın hökumətə nəzarət etmək istəyinin ilk cəhdi idi. İndisə fransalılar təəccüblə etiraf edirlər ki, Emmanuel Makronun hakimiyyət imkanları parlamentlə xalqın səlahiyyətlərindən dəfələrlə üstündür.

 

Bu isə fransızların ölkənin idarəetmə sisteminə olan etibarının faktiki olaraq dağılması deməkdir. Pensiya islahatlarına görə küçələrə çıxaraq etiraz edən milyonlarla insanın qəzəb tonqalının alovlanması üçün indi kiçik qığılcım yetər.

 

Son 234 ildə Fransada bütün hakimiyyət rejimlərinin dəyişməsi silahlı inqilablar və ya məğlubiyyətlə başa çatmış müharibələrdən sonra olub. Beləliklə, aydın olur ki, hazırda Fransada yaşanan böhran konstitusion əsasıl deyil, bilavasitə Emmanuel Makrona antipatiyanın kritik həddə çatması ilə bağlıdır.

 

Emmanuel Makron nədənsə hesab edir ki, onun özü üçün yaratdığı əlahiddə konstitusion səlahiyyətlərdən istədiyi kimi istifadə edə bilər. Fransanın dövlət başçısının mövqeyi Şarl de Qoll Konstitusiyası ilə yanaşı, bütün fransız tarixinin yanlış anlaşılmasıdır.

 

"Konstitusion legitimliyi"nə maniakal səviyyədə bağlı olan Makron hələ Bastiliyanın alındığı gündən bəri ölkə tarixində olan digər legitimliyi unudur: ölkə hakimiyyəti xalqın səsini dinləməlidir.

 

"Sarı jiletlilər"in xaotik çıxışları xəbərdarlıqla yanaşı, Beşinci Respublikanın niyə mövcud olmasının xatırladılması idi. Heç bir iki "Gilets Jaunes" hansısa mövzu ilə bağlı uzunmüddətli razılaşma əldə edə bilməz. Xalq Makronun hakimiyyətinə və bu hakimiyyəti tərifləyənlərə, qoruyanlara nifrət edir. 

Fransada 4-cü Respublikanın mövcud olduğu 12 ildə 28 hökumət dəyişib və bəzi hökumətlərin ömrü cəmi bir neçə gün olub. Bəhs etdiyimiz səbəbdən Şarl de Qoll 1958-ci ildə Frasnanın xalis parlament demokratiyası sisteminə uyğun olmadığı qərarına gəldi. Daha sonra yeni sxem yaradıldı və həmin sxemə əsasən dövlət başçısı prezident oldu, gündəlik idarəetmə isə siyasətçilərlə texnokratlara verildi.

 

O sxem indi də qaldığından Frasanın Konstitusiyası demokratik dövlətlər arasında anomaliya sayılır.

 

Emmanuel Makron parlament və prezident idarəetməsi sxemlərinin qarışığı olan 6-cı Respublika qurmaq istəsə də, onun səriştəsizliyi, bir çox məsələlərdə diletantlığı buna imkan verməyəcək.

 

Fransada konstitusional islahatların vacibliyindən çox bəhs etmək olar, lakin hüquq-mühafizə orqanlarının əməkdaşlarının, polislərlə jandarmların etiraz aksiyaları zamanı vətəndaşlara az qala divan tutduqları şəraitdə gözləntilər mənasızdır.

 

Emmanuel Makronun "sərt davranın" göstərişindən sonra aksiyaları yatırmaq və dağıtmaq istəyən polislər qarşılarına çıxanları döyür, təpikləyir, amansızlıq və vəhşilik nümayiş etdirirlər.

 

Yelisey Sarayının indiki sahibinin mövqeyi, davranışı anlaşılandır - siyasi cırtdanların hamısında bu xüsusiyyət var. Necə ki, əsl diktatorlar həmişə demokaratiyadan, hakimiyyəti qəsb edərək ölkədə mahiyyətcə totalitar sistemi quraşdırmağa çalışdıranlar insan haqlarından və vətəndaş azadlıqlarından danışmağı çox sevirlər.

 

Emmanuel Makronyn xarici siyasətdəki sürəkli uğursuzluqları, Avropa İttifaqı çərçivəsində əzəli geosiyasi rəqib Almaniyanı üstələyərək lider mövqe tutmaq cəhdləri, xüsusilə də Aralıq dənizi hövzəsi, Şimali Afrika, Yaxın Şərq və Cənubi Qafqazda Türkiyəni kölgəyə çəkilməyə vadar edərək önə çıxmaq istəyi paroksizm təsiri bağışlayır.

 

Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması prosesində açıq-aşkar şəkildə dağıdıcı və destruktiv mövqe tutan, Ermənistanı silahlandırmağa başlayan, İrəvana tam dəstək verərək ermənilərdən Azərbaycana və Türkiyəyə qarşı təzyiq vasitəsi qismində istifadə etməyə çalışan Emmanuel Makronun diplomatik cəhdləri total məğlubiyyətlərlə müşayiət olunur.

 

Xarici siyasətdəki uğursuzluğun yaratdığı mənfi effekti daxili siyasətdəki avtokratik meyllər və xalqın dəstəyinin minimuma enməsi daha da ağırlaşdırır.

 

Fransızların dediyi kimi, Makronun taxtı indi alovlanıb, yanır…






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.