"Vaqner" Özəl Hərbi Şirkətinin Afrikada olması məsələsi birbaşa Afrika ölkələrinin bu şirkətlə bağladığı müqavilələrlə tənzimlənir.
Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov yerli və xarici media üçün keçirdiyi onlayn birifinqdə bildirib.
Muzdlu silahlı birləşmənin Afrika ölkələrindəki taleyinə aydınlıq gətirən Rusiya XİN başçısı vurğulayıb ki, Afrika ölkələri ilə "Vaqner" arasında müqavilələrin taleyi bu dövlətlərin özlərindən asılıdır.
Qeyd edək ki, "Vaqner" özəl hərbi şirkəti Mərkəzi Afrika Respublikası daxil olmaqla Afrikanın bir sıra ölkəsində fəaliyyət göstərir.
**12:44
Qərbin bütün maneələrinə baxmayaraq, Rusiya gübrələrinin və ərzaqlarının ixracı davam edir.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov yerli və xarici media üçün keçirdiyi onlayn brifinqdə bildirib.
İyulun 17-də müddəti başa çatacaq taxıl sazişindən danışan Lavrov qeyd edib ki, bu müqaviləyə xitam veriləcəyi təqdirdə Rusiya Federasiyası öz hesabına ən yoxsul ölkələrə lazımi həcmdə taxıl tədarükünü təmin edəcək.
Rusiya XİN başçısı taxıl sazişindəki razılaşmalara qərb ölkələrinin riayət etmədiyini söyləyib. Bildirib ki, saziş çərçivəsində ixrac olunan taxılın çox az həcmi yoxsul ölkələrə gedib çatır. Onun sözlərinə görə, taxıl sazişi kommersiya sazişinə çevrilib.
Lavrov bildirib ki, Rusiya “Taxıl sazişi”ni uzatmaq üçün heç bir səbəb görmür.