İndoneziyanın Yava adasında 6,4 bal gücündə zəlzələ olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İndoneziyanın Təbii Fəlakətlərin İdarə Edilməsi Agentliyi məlumat yayıb.
Təbii fəlakət nəticəsində bir nəfər ölüb, 10 nəfər xəsarət alıb. Zəlzələ Yoqyakarta bölgəsində və Mərkəzi Yava əyalətində yüzlərlə evə və obyektlərə ziyan vurub.
Zəlzələnin ocağı 25 kilometr dərinlikdə olub.