Rusiyanın Belarusda yerləşdirdiyi taktiki nüvə silahlarından heç vaxt istifadə edilməyəcək.
Senzor.az bildirir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin Müstəqillik Günü münasibətilə keçirilən təntənəli yığıncaqda deyib.
“Əminəm ki, burada olduğu müddətcə ondan heç vaxt istifadə etməyəcəyik. Və heç bir düşmən torpağımıza ayaq basmayacaq”, - Lukaşenko vurğulayıb.