ABŞ Prezidenti Co Bayden iyulun 9-dan 13-nə kimi Böyük Britaniya, Litva və Finlandiyada səfərdə olacaq.
Senzor.az yerli KİV-ə bildirir ki, bu barədə Ağ Ev-dən məlumat verilib.
Qeyd olunub ki, Prezident Britaniyada Baş nazir Rişi Sunak və Kral III Karlla görüşlər keçirəcək.
Bundan sonra, Bayden Litva paytaxtında NATO-nun 74-cü sammitində (11-12 iyul) iştirak edəcək, iyunun 13-də isə Helsinkiyə yola düşəcək.