Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iyulun 4-də Vaşinqtona gedəcək.
Senzor.az bildirir ki, bu barədə Ermənistanın Təhlükəsizlik Şurasının mətbuat xidmətindən məlumat verilib.
“Səfər zamanı Qriqoryanın ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və digər yüksək rütbəli rəsmilərlə görüşü nəzərdə tutulub”, - məlumatda deyilir.
Bundan başqa, Ermənistan və ABŞ arasında ikitərəfli əməkdaşlıq məsələlərinin də müzakirə olunacağı bildirilib.