Fransada baş verən aksiyalarda son sutkada ümumilikdə 157 nəfər saxlanılıb.
Bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, bu rəqəm əvvəlki günlərə nisbətən daha azdır.
Qeyd edək ki, iyunun 27-də Fransa polisi 17 yaşlı əlcəzairəsilli sürücünü öldürüb. Bundan sonra ölkədə etirazlar, ardınca isə iğtişaşlar başlayıb.
Bir neçə gündür davam edən etiraz aksiyalarında 30 faizi yeniyetmələr olmaqla 1 000- dən çox adam saxlanılıb, 79 nəfər yaralanıb, 1 350 avtomobil yandırılıb, 31 polis bölməsinə, 16 bələdiyyə polis bölməsinə və 11 jandarma kazarmasına, ümumilikdə 234 binaya ziyan dəyib.