İsrailin Tel-Əviv şəhərində yerləşən Ben-Qurion hava limanının üçüncü (beynəlxalq) terminalında məhkəmə islahatlarına qarşı etiraz aksiyası keçirilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, etiraz aksiyasında təxminən 15 min nəfər iştirak edib.
Etirazçıların yolları bağlaması böyük tıxaclara və bir sıra aviareyslərin gecikməsinə gətirib çıxarıb. Aksiya zamanı etirazçılar və polislər arasında toqquşmalar da baş verib.
Polis ictimai asayişin pozulmasına və yolların bağlanmasına görə 37 etirazçını saxlayıb.
Xatırladaq ki, İsraildə artıq bir neçə müddətdir ki, ölkənin Baş naziri Binyamin Netanyahunun məhkəmə islahatlarına qarş etirazlar keçirilir.