Yens Stoltenberqin NATO Baş katibi kimi səlahiyyət müddəti uzadılıb.
Bu barədə Baş katib Stoltenberq "Twitter" hesabında bildirib.
"NATO müttəfiqlərinin Baş katib kimi səlahiyyət müddətimi 2024-cü il oktyabrın 1-dək uzadıb. Bu qərara görə şərəf duyuram. Avropa və Şimali Amerika arasındakı Transatlantik bağ 75 ilə yaxındır ki, bizim azadlığımızı və təhlükəsizliyimizi təmin edib. Alyansımız indi daha çox təhlükəli olan dünyada həmişəkindən daha vacibdir”, - Stoltenberq qeyd edib.