Rusiya Lvovu raketlə vurdu - AZI 4 NƏFƏR HƏLAK OLUB
FOTO

İyulun 6-na keçən gecə Ukrayna ərazisi Rusiya silahlı qüvvələri tərəfindən raket və kamikadze dronlarının hücumuna məruz qalıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, paytaxt Kiyev də daxil olmaqla ölkənin bütün ərazisi üzrə hava həyəcanı siqnalı çalınıb.

 

Ukrayna Daxili İşlər Nazirliyinin yaydığı məlumatda raketlərdən birinin Lvovda yaşayış binasına düşdüyü, insanların dağıntılar altında qaldığı bildirilir. Azı 4 nəfərin öldüyü müəyyən edilib, 9 nəfər isə xəsarət alıb.

 

“Axtarış-xilasetmə əməliyyatı davam edir. Fövqəladə Hallar Dövlət Xidməti 7 nəfəri xilas edib, 64 nəfər təxliyə edilib. Xilasedicilər dağıntıların sökülməsini davam etdirirlər”, deyə nazirlik məlumat yayıb.

 

Rusiyanın raket hücumları nəticəsində yaşayış binasına ziyan dəyib - iki girişdə 3-cü və 4-cü mərtəbələr dağılıb, 60-a yaxın mənzil və 50 avtomobilə də ziyan dəyib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.