Belarus Prezidenti Aleksandr Lukaşenko nüvə silahının tətbiqi ilə bağlı xəbərdarlıq edib.
O, xarici və yerli KİV nümayəndələri ilə görüşdə dünya ölkələrini nüvə silahlarının Belarusda mövcudluğunu unutmamağa çağırıb.
“Əgər aqressiya olarsa, anında cavab verəcəyik”, - dövlət başçısı vurğulayıb.
**
“Rusiyanın müəyyən sayda nüvə başlıqları artıq Belarusa yerləşdirilib”.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
Onun sözlərinə görə, bu təşəbbüs yalnız müdafiə məqsədlidir.
Qeyd edək ki, daha əvvəl Kreml ehtiyac olacağı təqdirdə Ukrayna müharibəsində nüvə silahının tətbiq olunacağını bildirmişdi. Həmçinin nüvə başlıqlarının Belarusda yerləşdiriləcəyi açıqlanmışdı.(“Report”)