Portuqaliya prezidenti Marselo Rebelo de Souzanın səhhətində ciddi problemlər yaranıb.
O, universitetlərdən birinin təşkil etdiyi tədbir zamanı huşunu itirərək yıxılıb. 74 yaşlı prezident təcili olaraq xəstəxanaya çatdırılıb. Onun səhhətində problemlər yarandığı və son illər bir neçə dəfə əməliyyat olunduğu bildirilir.