Çərşənbə günü tədbir zamanı huşunu itirən Portuqaliya prezidenti Marselo Rebelo de Sousa artıq xəstəxanadan evə buraxılıb.
TASS bildirir ki, 74 yaşlı dövlət başçısı özünü yaxşı hiss etdiyini deyib. O, yıxılmağının təzyiqinin aşağı düşməsi ilə əlaqəli olduğunu vurğulayıb.
Qeyd edək ki, De Sousa paytaxt yaxınlığındakı universitetlərdən birində huşunu itirmişdi. Ehtiyat tədbiri olaraq o, xəstəxanaya yerləşdirilmişdi.