Türkiyə ilə Ukrayna prezidentlərinin təkbətək danışıqları 2 saat 30 dəqiqə davam edib – FOTO, VİDEO
YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Volodimir Zelenski arasında təkbətək görüş başa çatıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, 2 saat 30 dəqiqə davam edən görüşdə iki ölkə arasındakı əlaqələr, Rusiya-Ukrayna müharibəsində son hadisələr və iyulun 17-də müddəti başa çatacaq “Taxıl sazişi” kimi regional və beynəlxalq məsələlər müzakirə edilib.

 

Daha sonra liderlərin geniş tərkibdə görüşü olub.

 

**22:28(07.07.2023)


Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edib.

 

Senzor.az bildirir ki, bu barədə V.Zelenski öz Telegram kanalında məlumat yayıb.

 

Zelenski qeyd edib ki, prezidentlər NATO-nun Vilnüsdə keçiriləcək sammitindən əvvəl tərəflərin mövqelərinin əlaqələndirilməsi, Ukrayna üçün təhlükəsizlik təminatları, taxıl müqaviləsi və müəssisələr arasında müdafiə sahəsində əməkdaşlığı müzakirə edəcəklər.

 

Türkiyə mətbuatının bu arada yaydığı xəbərə görə isə bir az əvvəl Rəcəb Tayyib Ərdoğan və Volodimir Zelenski arasında Vahidəddin köşkündə təkbətək görüş başlayıb. Təkbətək görüşdən sonra nümayəndə heyətləri arasında görüş olacaq.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.